Bu ilin yanvar-fevral aylarında “İnvest-Az İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 214 milyon 857 min manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 111 milyon 267 min manat və ya 2,1 dəfə çoxdur.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi olmayıb. Dövlət istiqrazları üzrə dövriyyə 38 milyon 43 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 36 min 545 manat, səhm əməliyyatları üzrə dövriyyə 950 min 158 manat, repo əməliyyatları üzrə dövriyyə 173 milyon 844 min manat təşkil edib.
Əməliyyat sayı isə 539 təşkil edib.
Əvvəlki illə müqayisədə dövlət istiqrazları üzrə dövriyyə 32 milyon manat (6,3 dəfə) artıb, korporativ istiqrazlar üzrə dövriyyə 963,4 min manat (27,4 dəfə) azalıb, səhm əməliyyatları üzrə dövriyyə 798,3 min manat (6,3 dəfə), repo əməliyyatları üzrə dövriyyə 78 milyon 447 min manat (81,4%) artıb.
Əməliyyat sayında isə 110 ədəd və ya 25,6% artım qeydə alınıb.