İsveçrə şirkəti işğaldan azad olunan ərazilərə investisiya yatırmaqda maraqlıdır.
Azərbaycan-İsveçrə biznes forumu - KEÇİRİLİB
FED.az xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov bildirib.
""Holcim" şirkətinin hazırda logistik terminalın quraşdırılması istiqamətində işlər görməsi xüsusilə qeyd olunmalıdır. "Holcim" şirkətinin dediyinə görə, bu, onların sonuncu təşəbbüsləri deyil. Başqa tədbirlər də görülə bilər. İsveçrə şirkətləri daha çox kimya sənayesi sahəsində fəaliyyət göstərir. Lakin digər sektorlara da maraqları böyükdür", - deyə Z. Qədirov əlavə edib. (Apa)