İnvestisiya

«İnvestorlara yeni məhsullar təqdim edəcəyik» - MÜSAHİBƏ

«İnvestorlara yeni məhsullar təqdim edəcəyik» - MÜSAHİBƏ | FED.az
16:28 5 Noy 2018

Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) investisiya fəaliyyəti göstərmək üçün «BTB Kapital» şirkətinə lisenziya verib. Şirkətin direktoru Ruslan Cəfərov FED.az-a «BTB Kapital»ın planları haqqında məlumat verib:

ELƏCƏ DƏ BAX: Daha bir investisiya şirkətinə lisenziya verilib

 

- Ruslan müəllim, artıq lisenziya almısınız, yəni fəaliyyətə başlayırsınız?

- Bəli, artıq lisenziya almışıq, fəaliyyətə başlamaq üçün heç bir probem qalmadı, amma prosedur olaraq bəzi işlər də bitməlidir.  Qaydalara görə biz Bakı Fond Birjası, Klirinq Mərkəzi, Milli Depozit Mərkəzi və sair strukturlarda üzv olmalıyıq ki, əməliyyatlara başlayaq. Bu proses də təqribən 1 həftə ərzində başa çatacaq.

 

- Lisenziyaya əsasən şirkətiniz hansı xidmətləri göstərə biləcək?

- Qaydalara görə, 12 xidmət növünün 12-si üzrə də əməliyyat aparmağa icazəmiz var. Bunlardan 7-si əsas, 5-i əlavə olaraq. Biz də bütün xidmətləri göstərmək niyyətindəyik.

 

- Ruslan müəllim, siz qiymətli kağızlar bazarının hansı seqmentinə daha çox meyllənəcəksiniz? İstiqraz, səhm, yoxsa başqa alətlər?

- Biz məsələyə kompleks şəkildə yanaşmağın tərəfdarıyıq. Yəni bizim fəaliyyətdə təkcə yerli bazarda deyil, eyni zamanda xarici bazar və Foreks bazarı da yer alacaq. Yəni 12 xidmət növündən 8-9-nu aktiv surətdə göstərməyə hazırıq. Xarici bazarlar, foreks bazarı, yerli dövlət kağızları və təkrar bazarla (yerli şirkətlərin qiymətli kağızlarının ikinci bazarı – FED.az) da işləyəcəyik.

 

- Əsas hansı müştərilərlə işləyəcəksiniz?

- Bəzi investisiya şirkətləri ola bilər ki, yalnız dar çərçivədə müəyyən müştərilərə xidət göstərsin. Bizim elə bir fikrimiz yoxdur, biz açıq olacağıq həm yerli, həm də xarici müştərilərə, eləcə də, həm hüquqi, həm də fiziki şəxslərə xidmət göstərəcəyik. İmkan dairəsində nə qədər müştəri cəlb etmək olarsa, hamısını cəlb edib işləmək istəyirik hamısı ilə.

 

- Sizin şirkətin vasitəsilə xarici birjalardan səhm almaq mümkün olacaq?

- Əlbəttə, indiyədək buna hazırlaşmışıq, ilkin danışıqlar getmişdi, müəyyən mərhələlərə gəlmişdik. Sadəcə lisenziya hələ yox idi və biz müəyyən idi ki, onu gözləyirdik. Artıq bu məsələ də həll edildi.

Hətta mən deyirdim ki, xarici bazarlara daha ciddi yanaşmaq istəyirik ki, müştəriər bu bazarlarla bağlı rahat şəkildə əməliyyatlar aparsınlar.

 

- Yəqin ki, bu məsələ ilə bağlı xarici partnyorlarla ilkin razılıq və hazırlıq işləri var.

- Bəli var, orada müəyyn prosedurları da keçmişdik. Sadəcə liseziya hələ alınmamışdı deyə dayanmışdıq. Artıq növbəti həftənin (indiki həftənin – FED.az) əvvəlindən ordakı işlərimizi qaldığı nöqtədən davm edib bitirəcəyik

 

- «BTB Kapital» portfeli darə edilməsi xidməti də göstərəcəkmi?

- Bəli əlbəttə

 

- Sizcə bu xidmətə ehtiyac nə qədər böyükdür?

- Əslində, ölkəmizdə mövcud olan investisiya şirkətləri də bununla bağlı xidmətləri kifayət qədər göstərirlər. Amma bizim məqsəd odur ki, bütün alətləri gətirməklə və əlimizin altında müxtəlif alətlər olması şərtilə müştərilərə geniş çeşiddə alətlər təklif edək və onun vəsaitlərini idarə etməyə götürək.

Alətlərimiz genişdir, hazırladığımız məhsular var. Biz hesab edirik ki, xariclə əməliyyatlar sahəsi bizdə o qədər də inkişaf etməyib və hesab edirik ki, bu sahəni inkişaf etdirə biləcəyik. Müşətəriyə inam, güvən yaradmaqla vəsaitlərin idarə edilməsi ilə müştəridən vəsait cəlb edə bilək. 

 

- Azərbaycanda banklara kifayət qədər əmanət yatırılır. Bəs sizcə qiymətli kağızlar bazarının potensialı necədir?

- Bu bazarın potensialı var, investorlar xüsusilə də həm gəlirliyi, həm də etibarlığı üçün Dövlət kağızlarına daha çox diqqət yetirirlər. Son müddətdə bu həcmlər artır və mən deyərdim ki, fiziki və hüquqi şəxslər bu bazara girməyə başlayıblar.

 

- Qarşıdakı hansısa müddətdə, məsələn gələn il üçün portfelinizi hansısa həddə çatdırmaqla bağlı bir hədəf qoymusunuzmu?

- Açığı ortada olan biznes planımız var. Gələn il üçün bu plana yenidən baxılacaq, amma rəqəmləri açıqlaya bilmərəm.

ELƏCƏ DƏ BAX: Azərbaycanda 300 mindən çox şəxs səhm sahibi olub

ELƏCƏ DƏ BAX: Azərbaycanda daha iki şirkətin səhmi - BİRJADA SATILACAQ




FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.

Digər xəbərlər

Banner