“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2021-ci ilin birinci yarımilliyini 187 min 266 manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: “İnvestAZ”ın dəstəyi ilə daha bir şirkət - İSTİQRAZ BURAXIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında bildirilir.
Bu ilin 6 ayında “İnvest-AZ İnvestisiya Şirkəti”nin cəmi gəlirləri 1 milyon 363 min manat (əvvəlki illə müqayisədə 62% çox) təşkil edib.
2021-ci ilin iyulun 1-nə “İnvest-AZ İnvestisiya Şirkəti”nin aktivləri 9 milyon 350 min manat manat olub. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 13% azalaraq 6 milyon 563 min manata, balans kapitalı isə 29.4% azalaraq 2 milyon 787 min manat təşkil edib.
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.