Dünyanın kriptovalyuta bazarında islam koini yaradılıb. FED.az xəbər verir ki, «Caizcoin» - fətva ilə sertifikatlaşdırılan ilk kriptovalyutadır.
«Dogecoin» ildırım sürətilə bahalaşır – BİTKOİN VƏ DİGƏR KOİNLƏR «QIRMIZIDADIR» -SON QİYMƏTLƏR
Caizcoin – digər koinlər kimi dünyadakı bütün ödəmə və pul köçürmələrində istifadə oluna bilər. Bununla yanaşı, islam standartları ilə işləyir və ilk dəfə olaraq rəsmi islam blokçeyn və kriptovalyutası kimi qeydiyyatdan keçib.
«Missiyamız hamıya, o cümlədən müsəlmanlara da müasir maliyyə dünyasında iştirak etmək imkanı qazandırmaqdır»-deyə şirkətdə bildirirlər. Caizcoin komandakı Almaniyada yaradılıb və sıralarında təkcə müsəlmanları deyil, digər dinlərin təmsilçilərini də birləşdirir.
Bu koinin başqalarından fərqi sistemdə islam dəyərlərinin nəzərə alınmasıdır. Belə ki, bu koinin slah, tütün, spirt və ya donuz əti kimi sahələrdə fəaliyyət göstərən şirkətlərlə yatırımı yoxdur - şəriətə uyğun bir kripto valyutasıdır.
Əvəzində Caizcoin vasitəsilə fondlara xeyriyyə ödənişləri, zəkat ödəmək, elektron kommersiya əməliyyatları aparmaq olar.
Digər ciddi koinlərdə olduğu kimi, Caizcoin ekosistemi də qorunan cüzdan və ödənişlərin anonimliyini təmin edir. yəni investorlara kimliyi müəyyənləşdirmədən dünyanın hər yerində "problemsiz ödəmələr" etmək imkanı təklif olunur.
Yeni koin barədə məlumatlar əsasən reklam xarakterli mətnlərdən ibarətdir. Hətta Caizcoin-in «halal» olması barədə fətvanın hansı təşkilat tərəfindən nəyə əsaslanaraq verildiyi də açıqlanmır.
Bununla yanaşı, Türkiyə mətbuatının məlumatına görə, Caizcoin islami maliyyələşdirmə standartlarına uyğun portfel və mübadilə qaydalarından istifadə edir, iİslam əxlaqına uyğun kredit verir.
Eləcə də islam platforması üzərindən investisiyalar təqdim edir. Bura dövlət istiqrazları, səhmlər, digər mülkiyyət və fondlar aiddir.
Reklam mətnlərnidə Caizcoin-də müştəri loyallığı proqramlarının olduğu da bildirilir. Belə ki, dostlarını və ailə üzvlərini bu sərmayə fürsətinə gətirənlərin "cəmiyyət müdrikləri" olacağı və ödənişlər və sosial mediadakı paylaşımlar üçün 10 faiz komissiya ilə mükafatlandırılacağı bildirilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.