Bu ilin I yarısında Azərbaycanda investorlar korporativ istiqrazlara vəsaitlərinin 32%-ni yəni 541 milyon manat yatırıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Bu da ötən ilin sonu ilə müqayisədə 126 milyon manat və ya 30,4% çoxdur.
Keçən ilin sonunda investorların korporativ istiqrazlara yatırdığı vəsait 415 milyon manat olmuşdu.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.