Bu ilin I yarısında Azərbaycanda investorlar dövlət istiqrazlarına vəsaitlərinin 58%-ni yəni 977 milyon manat yatırıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Bu da ötən ilin sonu ilə müqayisədə 354 milyon manat və ya 56,8% çoxdur.
Keçən ilin sonunda investorların dövlət istiqrazlarına yatırdığı vəsait 623 milyon manat olmuşdu.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.