“CPM İnvest-İnvestisiya” şirkətin cari birinci yarım il üzrə maliyyə hesabatının nəticələrini elan edib.
FED.az xəbər verir ki, ilk altı ay ərzində şirkətin əsas investisiya xidmətləri üzrə gəlirləri 1 milyon 132,6 min manat olub. Bunun da 92,5 min manatı müştəri sifarişlərinin qəbulu, 1 milyon 40,1 min manatı öz hesabına əməliyyatlar üzrə olan gəlirlərdir.
Yardımçı investisiya xidmətləri üzrə heç bir gəlir olmayıb.
Cəmi xidmətlər üzrə gəlirlər 1 milyon 132,6 min manat olub.
Bu dövrdə əmək haqqı və sosial xərclər 61 min manat, inzibati xərclər 66,5 min manat, reklam xərcləri 15 min manata yaxın olub.
Şirkət ilk yarım ili 104,8 min manat vergi ödənişindən sonra 419,4 min manat xalis mənfəətlə başa vurub.
“CPM İnvest-İnvestisiya” şirkətin cari birinci yarım il üzrə aktivləri 6 milyon 152 min manat olub. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 837,4 min manat və ya 31,6% azdır.
Şirkətin öhdəlikləri isə bu dövrdə 4 milyon 211,9 min manat təşkil edib. Öhdəliklər son bir ildə 2 milyon 819,8 min manat, başqa sözlə 40,1% aşağı düşüb.
Kapitalın həcmində 17,6 min manatlıq, yəni 0,9%-lik cüzi enmə müşahidə olunub və ilk yarım ildə 1 milyon 940,1 min manat təşkil edib.
Bölüşdürlməmiş mənfəətin həcmi də 600 min manat (15,8%) azalaraq 320,7 min manat təşkil edib.
Nizamnamə kapitalı dəyişməyərək 400 min manat olaraq qalıb.