28 Yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alınmış, 15 aprel 2021-ci il tarixində isə lisenziya almış “CPM-İnvest İnvestisiya Şirkəti” QSC 2021-ci ili 433 min 171 manat xalis mənfəət ilə başa vurub.
Eləcə də bax: "PSG-Kapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti - 30% ARTIB
FED.az xəbər verir ki, 2021-ci ildə şirkətin cəmi gəlirləri 1 milyon 27 min 610 manat, cəmi xərcləri isə 594 min 439 təşkil edib.
“CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin səhmlərinin 100%-i Məmmədova Kəmalə Qələndər qızına məxsusdur. (Marja)