"PSG-Kapital İnvestisiya Şirkəti" QSC 2021-ci ili 1 milyon 711 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2020-ci ili 1 milyon 313 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "PSG-Kapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 398 min manat və ya 30,3% artıb.
Eləcə də bax: “MFX-Trading İnvestisiya Şirkəti”nin zərəri 4 dəfədən çox - ARTIB
FED.az xəbər verir ki, "PSG-Kapital İnvestisiya Şirkəti"nin cəmi gəlirləri 2020-ci ildə 2 milyon 404 min manat ikən, 2021-ci ildə 2 milyon 978 min manat təşkil edib (574 min manat və ya 23,9% artıb).
"PSG-Kapital İnvestisiya Şirkəti" QSC səhmlərinin 100%-i Faiq Ağababa oğlu Məmmədova məxsusdur. (Marja)