Banner

İnvestisiya

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşıb

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşıb | FED.az
16:37 31 İyul 2021

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb.

Dünyada kriptovalyuta istifadəçilərinin sayı - 2 Dəfədən Çox Artıb

FED.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 5,27 % artaraq 2 469 dollar olub. İlk onluqda qərarlaşan kriptovalyutalardan ən böyük artım isə “Polkadot”da olub.

Kriptovalyuta bazarının toplam dəyəri 1,63 trilyon dollar həddində qərarlaşıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 14:42-a olan məlumatları aşağıdakı kimidir.(report)

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Banner
Banner

Digər xəbərlər

Banner