"Coinbase" birjasının 100 milyard dollar dəyərlənmə ilə bu həftə səhmlərinin ilkin kütləvi təklifi gözlənilir. Bu rəqəm Nyu York Birjası və Nasdaqın dəyərlərinin cəmindən daha çox edir.
Bitkoinə pul yatırıb qazanmaq üçün – NƏYƏ DİQQƏT YETİRMƏK LAZIMDIR? - ƏSAS MƏQAMLAR
FED.az xəbər verir ki, əgər hər şey planlaşdırıldığı kimi gedərsə və "Coinbase" çərşənbə günü Nasdaqda investorlara satılarsa, bu "Coinbases"in ABŞ-dakı ən böyük kriptovalyuta birjasına çevirəcək.
Bloomberg-in təxminlərinə görə, şirkətin qurucuları Brian Armstronq və Fred Ehrsam, 15 və 2 milyard dollarlıq səhmlərə sahib olacaqlar.
"Coinbase", keçən həftə etdiyi açıqlamada, 2021-ci ilin ilk rübündə mənfəətinin 730-800 milyon dollar arasında olacağını bildirib. Bu da şirkətin 2020-ci ildəki cəmi mənfəətindən 2 dəfə çoxdur. 2021-in ilk üç ayında şirkətin cəmi gəlirinin keçən il əldə etdiyi 1,3 milyard dolları keçməsi gözlənilir.
Kriptovalyuta analitikası şirkəti "Messari"yə görə, "Coinbase", 56 milyon təsdiqli istifadəçiyə və gündəlik 13 min ətrafında müştəriyə sahibdir. "Messari"nin analitiki Mira Christianto, "Coinbase dünyadakı gələcək vəd edən kriptovalyuta şirkətlərindən biridir. Bazar sərmayəçilərin kripto aktivlərə aç olduğunu göstərir" deyib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. (marja)