Dünyada sürətlə inkişafda olan kriptovalyuta bazarı, bitkoin və digər alətlər artıq investorların diqqətini getdikcə daha çox cəlb edir.
Bitkoin və başqa koinlərə rekord məbləğlə - PULLAR YATIRILIR - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, xüsusilə son vaxtlar qiymətlərin artımı ilə bu sahəyə yatırımetək istəyənlərin sayı artmaqdadır.
Kriptovalyutalara yatırım zamanı diqqət yetirilməli məqamlar və nəzərə alınacaq riskləri «İnvestAz» investisiya şirkətinin analitiki Anar Qəhrəmanov canlı yayımda FED.az-a müsahibəsində ətraflı izah edib.
Onun sözlərinə görə, hazırda kriptovalyuta bazarında ən populyar valyutalar Bitcoin, Ethereum, Litecoin, Ripple, Bitcoin Cash və digərləridir.
Bazarın sürətli inkişafını yəni qiymət artımını da onlar təmin edirlər.
Məsələn, son bir ildə bitkon 8 dəfə bahalaşaraq 7,5 min dollardan 60 min dollara yüksəlib. Ümumi bazar dəyəri artıq 1,1 trilyon dollardır. Ethereum isə 12 dəfə bahalaşaraq 171 dollardan 2100 dollara yüksəlib. Onun bazar dəyəri 240 milyard dolları keçib.
Digər aktiv koin - Ripple isə hazırda dollar ətrafında dəyişir. Halbıki cəmi 10 gün əvvəl onun qiyməti 50 sentdən aşağı idi. Buna baxmayaraq hazırda Ripple-nin bazar dəyəri 42 milyard dollara çatıb. Son 24 saatda onunla ticarət dövriyyəsi 30 milyard dollara yaxınlaşır.
Digər kriptovalyuta «Binance Coin» bir il əvvəl 15 dollar olsa da, qiyməti 25-26 dəfə yüksələrək 400 dolları keçib, hazırda 360 dollar təşkil edir. A.Qəhrəmanovun sözlərinə görə, «Binance Coin»in belə sürətli bahalaşmasının səbəbi onun özünün kripto birja olmasıdır. Burada təkcə «Binance Coin» deyil, başqa koinlər də alınıb satıla bilər və birja bundan komissiya haqqı qazanır. Nəticədə birjada ticarət artdıqca, bu koinə də tələbat artmaqdadır.
Amma bunlarla yanaşı, bazarda yeni çıxan və bazar dəyəri aşağı olan yüzlərlə başqa atlkoinlər də var və investorlar onlara da böyük maraq göstərirlər: «Çünki, əvvəla onlar bitkoin kimi baha deyil. onların qiyməti 50-60 min dollar deyil bir neçə dollar, hətta bəzən bir neçə sentdir. Bu qədər ucuz olduqa isə bahalaşma faizi daha yüksək ola bilər, ona görə də belə koinlər də alıcı tapa bilirlər»-deyə Anar Qəhrəmanov bildirir.
Şirkət nümayəndəsi bildirir ki, «Bitkoin bahalaşdıqca, digər, o qədər də diqqəti çəkməyən koinlər də bahalaşır, investorlar da onlara maraq göstərirlər, tələbat artdıqca onlar yenidən bahalaşır və sair».
Azərbayandan olan investorlar kriptovalyutaları ya özləri müstəqil şəkildə kriptovayuta birjalarından, ya da İnvestAz investisiya şirkətində hesab açmaqla tamamilə leqal şəkildə ala bilərlər. Hazırda İnvestAz vasitəsilə 5 kriptovalyuta almaq olar. Bunlar Bitkoin, Etherium, Lite coin, Ripple və Bitcoin kash-dir.
Bitkoin və ya digər koinlər almaq istəyənlər İnvestAz-la müqavilə bağlayaraq burada hesab açmalı, bundan sonra əməliyyata başlamalıdırlar. A.Qəhrəmanov bildirir ki, pulun olması və İnvestAz-da hesab açmaq hələ əməliyyata başlamaq üçün kifayət etmir. İnvestorların maliyyə bazarlarında ticarət təcrübəsinin və təlimlərinin olması tələb edilir. Tövsiyə edilir ki, investorlar, hansı ki, öz hesablarını idarə edəcəklər, təlim hesablarında azı bir həftəlik təlim keçsinlər, bundan sonra ticarətə başlamaq olar.
Bir qayda olaraq investisiya şirkətlərində birja əməliyyatları aparan investorlara «kredit çiyni» dəstəyi verilir.
Kredit çiyni - investorun özünün vəsatilərindən bir neçə qat artıq vəsaitlə əməliyyat aparmaq imkanıdır. Məsələn, 100 dollar vəsaiti olan investor 9900 dollarlıq «kredit çiyni» dəstəyi almaqla ümumilikdə 10 min dollarlıq yatırımla əməliyyat apara bilər.
Kriptovalyuta bazarında İnvestAz vasitəsilə əməliyyat aparmaq istəyən investolar da «kredit çiyni» dəstəyi ala bilərlər. Amma digər alətlərdə «kredit çiyni» investorun öz vəsaitinin 33 misli olduğu halda (məsələn, 300 dollar yatırmaqla 10 min dollarla əməliyyat aparmaq olar), kriptovalyutalarda risklər daha çox olduğunan bu göstərici 3 qat təşkil edir. Yəni «kredit çiyni» ilkin məbləğin 3 qatından artıq olmur, məsələn, 100 dollar yatıran investor ümumilikdə 300 dollarla əməliyyat apara bilər.
Bu nə deməkdir?
Məsələn, investor bazara 60 min dollarla daxil olur. Normalda o bu pulla 1 bitkoin ala bilərdi. Amma o bu məbləğə əlavə olaraq 120 min dollar «kredit çiyni» əlavə edir, nəticədə investor artıq 60 min dollarla deyil, 180 min dollarla əməliyyat aparır və 3 bitkoin ala bilir.
Bu zaman əgər bitkoin baalaşsa, bütün artıq məbləğ müştəriyə çatır. Məsələn, bitkoin 5 min dollar bahalaşsa, 3 bitkoinin ümumi 15 min dollarlıq qiymət artımı investora çatır. Yəni onun vəsaiti 60 min dollardan 75 min dollara yüksəlir.
Amma bu qayda bitkoin ucuzlaşdığı halda da işləyirö Yəni bitkoin 5 min dollar ucuzlaşsa, 3 bitkoinin dəyərinin ümumilikdə 15 min dollarlıq azalması investorun vəsaitinən çıxılır. Nəticədə müştərinin 60 min dollarlıq vəsaiti 15 min dollar azalaraq 45 min dollara enir.
İnvestisiya şirkəti isə kriptovalyutalarla əməliyyatlar zamanı ənənəvi olaraq alqı-satqı qiymətləri arasındkı fərqdən qazanır.
İnvestorlar şirkətdə bitkoin alarkən onun satışı və ya alınması ilə bağlı sifarişlər yerləşdirə bilərlər. Məsələn, onun hansı qiymətə çatdıqda alınması və ya satılması barədə əvvəlcədən sifariş verməklə hesablarını idarə edə bilərlər.
A.Qəhrəmanovun sözlərinə görə, investorlar kriptovalyutalara vəsaiti bir neçə fərqli məqsədlərlə yatıra bilərlər, bəziləri sadcəcə birjada gündəlik yatırımlar edib vəsaitlərini idarə etməklə pul qazana bilərlər, və ya bitkoinə vəsaitləri uzunmüddətli yatırmaq olur. Belələri bir neçə ay v ya bir ildən sonra qiymət artımından gəlir götürə bilərlər.
«İnvestAz» nümayəndəsinin sözlərinə görə, vəsait yatırmaq üçün etibarlı koinləri müəyyən edərkən onların ümumi bazar kapitalizasiyasına və onunla aparılan əməliyyatlara diqqət yetirmək lazımdır. Bazar dəyəri ahağı olan və gündəlik ticarət həcmi az olan koinlərə yatırım risklidir: «Çünki burada koinin alınması ilə yanaşı, onun gələcəkdə satışı imkanını da düşünmək lazımdır. Məsələn, bitkoinlə gündəlik ticarət həcmi 70 milyard dollar olduğuna görə, gələcəkdə onun likvidliyi ilə bağlı problem olmayacaq. Ondan fərqli olaraq bazar kapitalizasiyası və ticarət həcmi kiçik olan koinlər daha riskili ola bilər».
Qeyd edək ki, son aylar bitkoin və digər koinlərin bahalaşmasının əsas səbəblərindən biri bu sahəyə iri şirkətlərin və institutsional investorların da vəsait yatırmasıdır. Artıq böyük maliyyə təşkilatları və investisiya banklarının rəhbərləri də bitkoinin gələcəyi ilə bağlı optimist çıışlar edirlər.
Məsələn, Məsələn, «JPMorgan Chase» şirkəti bu ilin yanvarında (bitkoin hələ 31,5 min dollar olanda) açıqladığı hesabatda bitkoinin qiymətinin bu il ərzində 50-100 min dollara çatacağını, ümumilikdə isə 146 mmsin dollaradək bahalaşacağını bildiriblər.
Hətta vaxtilə bitkoinin və kriptovalyutaları ümumiyətlə ciddi saymayan təşkilatlar da indi bu sahəyə böyük vəsait yatırmaq barədə planlarını açıqlayıblar. Məsələn, ABŞ-ın «Morgan Stanley» maliyyə şirkəti isə bir neçə gün əvvəl açıqlayıb ki, kriptovalyutalara 150 milyard dollar yaırmaq imkanını nəzərdən keçirir. Halbuki, 2017-ci ildə şirkətin analitiki Ceyms Fosett bitkoinin real qiymətinin sıfıra bərabər olduğunu elan etmişdi. Həmin vaxt bitkoin 14,4 min dollara satılırdı.
Paralel olaraq bitkoin və digər əsas koinlərin maliyyə bazarlarında «leqallaşdırılması» prosesi də başlayıb. Dünyanın əsas ödəniş sistemləri bitkoinə artıq qara bazar kimi baxmırlar. «Mastercard» elan edib ki, bəzi satış əməliyatlarında ödəmənin kriptovalyuta ilə həyata keçirilməsi imkanı yaradacaq. Visa isə artıq kriptovalyutalarla ödəniş əməliyyatlarına başlayıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.