2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində Dövlət Sərhəd Xidmətinin hərbi hospital kompleksi, “Crescent Mall” ticarət mərkəzi istifadəyə verilib,
2024-cü ilin yanvar-iyun aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 784,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,7 faiz çox vəsait yönəldilmişdir,
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 441,9 milyon manatı və ya 51,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Hesabat dövründə ən çox investisiya yatırımı 1 milyard 835 milyon manat olmaqla Səbail rayonuna edilib. Lakin rayona yönəldilmiş vəsaitlərin həcmi 19,3% azalıb. Bununla belə, yatırımların 915,2 milyon manatı tikinti-quraşdırma işlərinə ayrılıb ki, bu da illik müqayisədə 27% azdır. Bu rayon isə yatırımların dinamikasına görə azalmanın ən çox baş verdiyi rayondur.
İnvestisiya yatırımların ən çox olduğu rayonlara Nizami (754,6 milyon manat) və Sabunçu (522,5 milyon manat) rayonları da daxildir. Bununla belə bu iki rayon yatırımların son bir il ərzində ən kəskin artdığı rayonlardır. Nizami rayonu üzrə 2,8 dəfə, Sabunçu rayonu üzrə 4,2 dəfə artım qeydə alınıb.
Əsas vəsaitlərə yönləndirilmiş vəsaitlərin həcmi illik müqayisə ilə Pirallahı rayonunda 6.3%, Nəsimi rayonunda 6,1% azalıb.
Daha ətraflı aşağıdakı cədvəldə:
|
Əsas kapitala yönəldilmiş vəsaitlər |
|||
Cəmi |
ondan tikinti-quraşdırma işləri |
|||
min manat
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
min manat
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
|
Bakı şəhəri- cəmi |
4 784 617,9 |
118,7 |
2 441 917,7 |
112,6 |
o cümlədən rayonlar: |
||||
Nizami |
754 564.2 |
2.8 d. |
119 084.6 |
15.4 |
Sabunçu |
522 157.8 |
4.2 d. |
512 593.6 |
4,7 dəfə |
Xətai |
401 072.5 |
84.5 |
212 493.0 |
11.6 |
Xəzər |
83 284.9 |
75.5 |
63 222.9 |
2,2 dəfə |
Binəqədi |
132 908.0 |
33.8 |
94 376.3 |
2,1 dəfə |
Suraxanı |
64 152.6 |
28.6 |
44 464.9 |
31.5 |
Yasamal |
294 358.3 |
28.1 |
137 916.1 |
23.7 |
Qaradağ |
198 811.9 |
4 |
77 286.3 |
-9.3 |
Nərimanov |
174 503.0 |
-3.9 |
118 352.6 |
54.3 |
Nəsimi |
205 294.0 |
-6.1 |
94 348.9 |
3.4 |
Pirallahı |
118 501.9 |
-6.3 |
52 539.3 |
30.5 |
Səbail |
1 835 008.8 |
-19.3 |
915 239.2 |
-27 |