Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı 2023-cü ilin birinci yarımillə müqayisədə orta hesabla ayda 44,1 manat çox əmtəə alıb.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Cari ilin hesabat dövründə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq 9116,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5 faiz artaraq 6775,3 milyon manata bərabər olmuşdur, Dövriyyənin ümumi həcmində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq 57,4 faiz təşkil edib,
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 57,4 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,7 faizi elektrik malları və mebelin, 3,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 4,0 faizi əczaçılıq və tibbi malların, 8,2 faizi avtomobil yanacağının, 8,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub,
Ümumiyyətlə, bu ilin 6 ayının nəticələrinə görə Bakıda ən yüksək pərakəndə ticarət dövriyyəsi 2,4 milyard manat olmaqla Nəsimi (11,8% artım), 1,84 milyard manat olmaqla Nizami (1% artım), 1,75 milyard manat olmaqla Xətai (4,2% artım) və 1,7 milyard manat olmaqla Qaradağ rayonunda (4,7% artım) qeydə alınıb.
12 rayonun 9-unda dövriyyə 1 milyard manatdan yüksək, 3-ün isə aşağı olub.
Ən yüksək artım dinamikası 22,6% olmaqla Pirallahı və 11,8% artımla Nəsimi rayonunda qeydə alınıb.
Xəzər (3,5%) və Sabunçu rayonlarında (3,6%) isə azalma baş verib.
|
Pərakəndə ticarət dövriyyəsinin həcmi, min manat |
2023-cü ilin müvafiq dövrünə nisbətən, faizlə |
|
Bakı şəhəri – cəmi |
15 892 072,7 |
4,5% |
|
o cümlədən rayonlar: |
|||
Nəsimi |
2 408 236,9 |
11,8% |
|
Nizami |
1 840 937,6 |
1,0% |
|
Xətai |
1 754 764,2 |
4,2% |
|
Qaradağ |
1 709 921,9 |
4,7% |
|
Sabunçu |
1 649 901,9 |
-3,6% |
|
Nərimanov |
1 588 917,7 |
7,7% |
|
Yasamal |
1 341 087,2 |
3,4% |
|
Səbail |
1 270 075,8 |
8,5% |
|
Binəqədi |
1 237 393,1 |
3,9% |
|
Suraxanı |
675 037,1 |
5,3% |
|
Xəzər |
407 792,0 |
-3,5% |
|
Pirallahı |
8 007,3 |
22,6% |
|