«AzFinance İnvestisiya Şirkəti»nin dövriyyəsi 18%-dən çox artıb.
FED.az xəbər verir ki, 2022-ci ilin yanvar-iyul aylarında şirkətin birja dövriyyəsi 1 milyard 64,6 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 18,4% artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 287,8 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 144,8 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 117,8 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 506,6 milyon manat, səhmləri isə 7,6 milyon manat olub.
Cari ildə il «AzFinance İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 21,7% azalıb, dövlət istiqrazları üzrə əməliyyatları 24,3%, repo əməliyyatları isə 65,1% korporativ istiqrazlar üzrə əməliyyatlar 9,5%, səhm əməliyyatları 12,8 dəfə artıb.
Bu il «AzFinance İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 11,5% azalaraq 1298-dən 1447-yə düşüb.