“Azfinance İnvestisiya Şirkəti” QSC-nin yeganə səhmdarı, Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkəti maliyyə qurumunu satıb.
Eləcə də bax: "Azfinance İnvestisiya Şirkəti"nin xalis mənfəəti - 20% Artıb
FED.az xəbər verir ki, alıcı Abid Məmmədovdur.
O, “Azfinance”ın Müşahidə Şurasının sədridir, 2019-cu ilin noyabr ayına qədər isə investisiya şirkətinin direktoru olub.
Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.