AzFinance İnvestisiya şirkəti “PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.
Eləcə də bax: Azərbaycanda 6 investisiya şirkətinin - dövriyyəsi azalıb – SİYAHI
FED.az xəbər verir ki, hesabatlara əsasən şirkətin idarə etdiyi vəsait 2019-cu il ərzində iki dəfə artıb. Şirkət fərdi investor portfelini idarə etmək üzrə fəaliyyətini genişləndirmiş və bir il ərzində portfelin həcmini 2 dəfə artırmağa nail olmuşdur. Eyni zamanda, şirkət bu fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırmış və hesabatda müştərilərin vəsaitlərini ayrıca qeyd etməklə balansda aktiv və passivlərdə azalma etmişdir. Şirkət 2019-cu il ərzində 1 992 784 manat gəlir, 1 611 346 manat xərc və 261 159 manat mənfəət əldə etmişdir.