«AzFinance İnvestisiya Şirkəti»nin dövriyyəsi kəskin azalıb.
FED.az xəbər verir ki, 2022-ci ilin yanvar-iyun aylarında şirkətin birja dövriyyəsi təxminən 784 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 11% aşağı düşüb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 250 milyon, dövlət istiqrazları üzrə dövriyyəsi 133 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 106 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 288 milyon manat, səhmləri isə 7,1 milyon manat olub.
Cari ildə il «AzFinance İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 32%, repo əməliyyatları 6,1% aşağı düşüb, dövlət istiqrazları üzrə əməliyyatları 14%, korporativ istiqrazlar üzrə əməliyyatlar 18,5%, səhm əməliyyatları 12,1 dəfə artıb.
Bu il «AzFinance İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 4% azalaraq 1 226-dan 1 177-yə düşüb.