«ABB İnvest İnvestisiya Şirkəti»nin dövriyyəsi 4% azalıb.
FED.az xəbər verir ki, 2022-ci ilin yanvar-iyun aylarında şirkətin birja dövriyyəsi 1 milyard 810 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 4%-ə yaxın azalıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 157 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 323 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 181,6 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 150 milyon manat, səhmləri isə 5 min 500 manat olub.
Cari ildə il «ABB İnvest İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 3,6 dəfə azalıb, dövlət istiqrazları üzrə əməliyyatları 2,1 dəfə, repo əməliyyatları isə 23% artıb, korporativ istiqrazlar üzrə əməliyyatlar 21%-dən çox, səhm əməliyyatları 80%-dən çox (5,1 dəfə) azalıb.
Bu il «ABB İnvest İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 9% azalaraq 687-dən 624-ə düşüb.