2 iyul, 2021-ci il tarixində Bakı Fond Birjasında “AzFinance” İnvestisiya Şirkəti QSC-nin tədavül müddəti beş təqvim ili olan AZ2001019713 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, diskontlu, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
FED.az xəbər verir ki, Bakı Fond Birjasının yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən qiyməti 719,6939 manat olan 1 sifariş təqdim edilmişdir. Yerləşdirilmiş sifariş üzrə gəlirlilik 7.79% təşkil edir .
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon manat təşkil etmişdir.İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1 milyon manat təşkil etmişdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.