Son 5 ildə Azərbaycanın Moskva iqtisadiyyatına investisiya qoyuluşunun həcmi 3,8 dəfə artıb.
Eləcə də bax: "Azərbaycana investisiyaların cəlbi "bir pəncərə" prinsipi ilə təklif olunur"
FED.az xəbər verir ki, bu barədə Moskva hökumətinin İqtisadi Siyasət və Əmlak və Torpaq Münasibətləri Kompleksinin mətbuat xidmətinin Moskva merinin iqtisadi siyasət və əmlak və torpaq münasibətləri üzrə müavini Vladimir Yefimova istinadən verdiyi məlumatda deyilir.
V. Yefimovun sözlərinə görə, Azərbaycan biznesinin investisiya qoyuluşu 2021-ci il oktyabrın 1-nə 467 milyon ABŞ dolları təşkil edib: "Sahibkarlar vəsaitlərin böyük hissəsini kimya sənayesinə və daşınmaz əmlaka yönəldiblər. Moskva və MDB ölkələri ənənəvi olaraq sıx ticarət-iqtisadi əlaqələrlə bağlıdır, Azərbaycan Rusiya paytaxtının əsas tərəfdaşlarından biridir".
Rusiya Mərkəzi Bankının məlumatına görə, son 1 ildə (2020-ci ilin oktyabr ayından- 2021-ci ilin sentyabr ayınadək) Azərbaycanın Moskva şəhərinə investisiya qoyuluşu 15,6 % artıb.
Ümumilikdə, 2021-ci ildə Moskva ilə Azərbaycan arasında ticarət dövriyyəsi 999 milyon ABŞ dollarını ötüb ki, bu da, 2020-ci illə müqayisədə 11,8 % çoxdur. Bu ilin yanvar ayında Azərbaycan və Moskva arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 44,1% artaraq 85 milyon ABŞ dollarına yaxın olub.
"Ötən il Moskvanın Azərbaycana ixracının həcmi i424 milyon ABŞ dollarını ötüb ki, bu da bir il əvvəlkindən 6,6 % çoxdur. 2021-ci ildə Moskva şəhərinin Azərbaycandan idxalı illik müqayisədə 16 % artaraq təqribən 575 milyon ABŞ dollarına çatıb", - Moskva şəhərinin İnvestisiya və Sənaye Siyasəti Departamentinin rəhbəri Vladislav Ovçinski bildirib. (Report)