Azərbaycana investisiyaların cəlb olunması "bir pəncərə" prinsipi əsasında həyata keçirilməsi təklif olunur.
Eləcə də bax: Tahir Mirkişili inflyasiya və qiymət artımının səbəbini - AÇIQLAYIB
FED.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, bu, “İnvestisiya fəaliyyəti haqqında" Qanunana dəyişikliklərdə nəzərdə tutulub.
"Təxminən 1 ay əvvəl qanunvericiliyə dəyişikləri müzakirə etmişik. Müzakirələr zamanı millət vəkilləri tərəfindən 12-yə yaxın təklif verilmişdi. İndiyə qədər, bu məsələ ilə bağlı Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi ilə bizim komitənin bir neçə dəfə müzakirəsi olub, işçi qrupu yaradılıb. Son nəticə olaraq irəli sürülən 12 təklifdən 7-si qəbul edilib və qanunda öz əksini tapıb".
T. Mirkişili bildirib ki, qəbul edilən dəyişikliklərdə həmçinin Azərbaycana xarici investisiyaların cəlb olunmasının xidmət olunması prinsipi, eləcə də sosial infrastruktur, regionları dəstəkləyən investisya layihələri, vergiyə cəlb olunması zamanı, əgər investisiya layihəsi bağlanırsa, əməliyyatlara cəlb olunduğu vaxtın stavkası ilə hesablanması, xaricə vəsaitlərin köçürülmə məbləğinin sərbəst şəkildə olması nəzərdə tutulub. (Report)