Bu ilin I yarısında Azərbaycanda investisiya şirkətlərinin xalis mənfəəti 5,2 milyon manat olub.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 milyon manat və ya 6,3% çoxdur.
Keçən ilin I yarısında Azərbaycanda investisiya şirkətlərinin xalis mənfəəti 4,9 milyon manat olmuşdu.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.