Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün bu il yanvarın 1-nə nizamnamə kapitalı 1 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 3 investisiya şirkətinin balans kapitalı 2 milyon manatdan çoxdur
FED.az xəbər verir ki, bunlar "İnvest-AZ" (2,255 milyon manat), "PSG Kapital" (2 milyon manat) və "Azfinance" (1,55 milyon manat) investisiya şirkətləridir.
Qalan 5 maliyyə qurumundan 1-nin nizamnamə kapitalı 1 milyon manat, 4-nün nizamnamə kapitalı isə 1 milyon manatdan azdır.
8 investisiya şirkətindən 3-ü - "BTB Kapital", "Plato Capital and Co." və "İnvest-AZ" ötən il nizamnamə kapitalını artırıb, qalanları isə sabit saxlayıb. (Renkinq)