Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün bu il yanvarın 1-nə balans kapitalı 2 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 3 investisiya şirkətinin öhdəlikləri - 8 Milyon Manatdan Çoxdur
FED.az xəbər verir ki, bunlar "PSG Kapital" (2,893 milyon manat), "İnvest-AZ" (2,811 milyon manat) və "PAŞA Kapital" (2,509 milyon manat) investisiya şirkətləridir.
Qalan 5 maliyyə qurumundan 2-nin balans kapitalı 1-2 milyon manat arasında, 3-nün balans kapitalı isə 1 milyon manatdan azdır.
8 investisiya şirkətinin hamısı ötən il balans kapitalını artırıb. Ən yüksək dinamika "Plato Capital and Co." (110,4 dəfə), ən aşağı dinamika isə "Xalq Kapital" (12,5 dəfə) investisiya şirkətlərində qeydə alınıb. (Renkinq)