Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “ABB-İnvest”, “CPM-İnvest” və “MFX-Trading” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün bu il yanvarın 1-nə nizamnamə kapitalı 1 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 3 investisiya şirkətinin balans kapitalı - 3 Milyon Manatdan Çoxdur
FED.az xəbər verir ki, bunlar “PSG Kapital” (6,25 milyon manat), “İnvest-AZ” (2,255 milyon manat) və “Azfinance” (1,55 milyon manat) investisiya şirkətləridir.
Qalan 5 investisiya şirkətindən 1-nin nizamnamə kapitalı 1 milyon manat, 4-nün nizamnamə kapitalı isə 1 milyon manatdan azdır.
8 investisiya şirkətindən 1-i – “PSG Kapital” ötən il nizamnamə kapitalını artırıb, qalanları isə sabit saxlayıb. (Renkinq)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.