Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “ABB-İnvest”, “CPM-İnvest” və “MFX-Trading” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün bu il yanvarın 1-nə balans kapitalı 3 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycandakı investisiya şirkətlərinin məcmu aktivləri - 55% Artıb
FED.az xəbər verir ki, bunlar “PSG Kapital” (8,145 milyon manat), “PAŞA Kapital” (5,59 milyon manat) və “İnvest-AZ” (3,947 milyon manat) investisiya şirkətləridir.
Qalan 5 investisiya şirkətindən 3-nün balans kapitalı 1-3 milyon manat arasında, 2-nin balans kapitalı isə 1 milyon manatdan azdır.
8 investisiya şirkətindən 1-i – “Plato Capital and Co.” ötən il balans kapitalını azaldıb, qalanları isə artırıb. (Renkinq)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.