Bu ilin birinci rübündə Azərbaycana xarici investisiyalar ötən illə müqayisədə ciddi artıb.
Eləcə də bax: Bu il Azərbaycan iqtisadiyyatına yatırılan investisiyanın həcmi - AÇIQLANIB
FED.az xəbər verir ki, ilk rübdə iqtisadiyyata 2,9 milyard manat sərmayə yatırılıb.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% artıqdır.
İnvestisiyaların təqribən 1,5 milyard manatı qeyri-neft sektoruna yatırılıb və ötən illə müqayisədə bu sahədə 9,1% azalma var. Halbuki, ötən ilin eyni dövründə qeyri-neft sektoruna yatırımlar 6% artmışdı.
Bu il cəmi investisiya qoyuluşlarının 35,2%-i dövlət, 64,8%-i isə özəl sektorun payına düşüb Ötən il bu nisbət 39,5%-60,5% idi.
2020-ci ilin birinci rübündə əsas kapitala yönəldilmiş investisiyaların 58,2%-i daxili mənbələr, 41,8%-i isə xarici mənbələr hesabına formalaşıb. Başqa sözlə, bu ilin ilk rübündə xarici mənbələrdən iqtisadiyyata 1 milyard 212 milyon manat yatırılıb. Bu ötən illə müqayisədə 330 milyon manat və ya 27% artıqdır.