Bu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azalaraq 3 903,5 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə qeyri neft-qaz sektoruna investisiya qoyuluşları 12,8% azalaraq 2 096,8 milyon manat təşkil edib