2025-ci ilin ilk rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların ümumi həcmi 1 milyard 518 milyon 976 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə cüzi artım deməkdir.
FED.az Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın ən böyük investorları Birləşmiş Krallıq, Türkiyə və Kipr olub. Bu üç ölkənin yatırımları ümumi portfelin 60%-dən çoxunu (887,7 milyon dollar) təşkil edib.
2025-ci ilin I rübü üzrə Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ilk 10 ölkə və təşkilat aşağıdakı kimidir:
Yer |
Dövlət/Təşkilat |
İnvestisiya həcmi (min $) |
1 |
Birləşmiş Krallıq |
405,727 |
2 |
Türkiyə |
300,855 |
3 |
Kipr |
181,082 |
4 |
Birləşmiş Ərəb Əmirlikləri |
110,309 |
5 |
İran İslam Respublikası |
90,124 |
6 |
Macarıstan |
80,255 |
7 |
Rusiya Federasiyası |
64,330 |
8 |
Yaponiya |
48,381 |
9 |
Amerika Birləşmiş Ştatları |
42,268 |
10 |
Niderland |
22,262 |