Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə olduğu 2002-2020-ci illərdə (son 18 ildə) bu ölkənin iqtisadiyyatına birbaşa xarici investisiyaların məbləği 164,6 milyard ABŞ dolları təşkil edib.
Eləcə də bax: Elman Rüstəmov: “Qarabağa investisiya iqtisadiyyatımızı daha da böyüdəcək”.
FED.az xəbər verir ki, illər üzrə investisiya qoyuluşunun ən yüksək həddi 2007-ci ildə (19,1 milyard dollar) qeydə alınıb.
Hesabat dövründə Türkiyə iqtisadiyyatına ən çox pul qoyan 5 ölkə Hollandiya (26,2 milyard dollar), ABŞ (12,9 milyard dollar), İngiltərə (11,6 milyard dollar), Avstriya (10,6 milyard dollar), Almaniya (10,1 milyard dollar) olub. İlk 10-luğa isə bu ölkələrdə yanaşı, Lüksemburq, İspaniya, Belçika, Fransa və Azərbaycan daxildir.
Dünyanın ayrı-ayrı regionları arasında isə Türkiyə iqtisadiyyatına investisiya qoyuluşuna liderliyi 120,1 milyard dollarla Avropa edib. Onu 29 milyard dollarla Asiya və 14,3 milyard dollarla Amerika qitələri izləyib.
İqtisadiyyatın ayrı-ayrı sektorları üzrə investisiya qoyuluşuna gəlincə isə ilk sırada 54,2 milyard dollarla maliyyə, 18,1 milyard dollarla enerji, 14,4 milyard dollarla informasiya və rabitə, 11,1 milyard dollarla isə topdansatış və pərakəndə ticarət sektorları qərarlaşıb. (Report)