“Qarşımızda çox böyük işlər var. Bu işlərin həyata keçirilməsi, işğaldan azad edilən ərazilərə qoyulan investisiya bizim iqtisadiyyatımızı daha da böyüdəcək”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Bundan başqa, onun sözlərinə görə, dünya bazarlarında gedən dəyişikliklər hamıya məlumdur.
“Azərbaycanın maliyyə sektoru daha da güclənməlidir”, - deyə o, əlavə edib.