2020-ci ildə Azərbaycan xaricə 825,3 mln. ABŞ dolları məbləğində investisiya göndərib ki, bu da ölkənin xalis maliyyə aktivlərinin 1 232,5 mln. dollar artmağı ilə nəticələnib.
Eləcə də bax: Azərbaycan ötən il xalis maliyyə öhdəliklərini 1 milyard dollardan çox - Azaldıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, sözügedən 1 232,5 mln. dollarlıq artım həm də portfel investisiyaları (22,7 mln. dollar) və digər investisiyalar (384,5 mln. dollar) hesabına formalaşıb.
Beləliklə, 2020-ci ilin yekunlarına görə, ölkənin tədiyə balansının maliyyə hesabının kəsiri 2 400,8 mln. dollar təşkil edib ki, bu da ÜDM-in 5,6%-nə bərabər olub. (Apa)