2020-ci ildə Azərbaycan xalis maliyyə öhdəliklərini 1 168,3 milyon ABŞ dolları məbləğində azaldıb.
Eləcə də bax: Azərbaycanın tədiyyə balansında ötən il 2 milyard dollar - Kəsir Olub
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, azalmanı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 4 527,7 milyon dollar artması, cəlb olunmuş investisiyaların repatriasiyasının 4 472,2 milyon dollar azalması, neft bonusunun 451,6 milyon dollar artması, portfel investisiyalarının 259,1 milyon dollar, digər investisiyaların isə 1 416,3 milyon dollar azalması təmin edib.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycanın xalis maliyyə öhdəlikləri 1 385,9 milyon dollar artmışdı. Artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 4 275,2 milyon dollar artması, cəlb olunmuş investisiyaların repatriasiyasının 3 222,1 milyon dollar azalması, neft bonusunun 450,8 milyon dollar artması, portfel investisiyalarının 180 milyon dolları, törəmə maliyyə alətlərinin 4,6 milyon dollar azalması, digər investisiyaların isə 66,6 milyon dollar artması təmin etmişdi. (Report)