İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) “Milk-Pro” MMC-də ona məxsus təsis payını sataraq layihədə iştirakına xitam verib.
"Azərbaycan İnvestisiya Şirkəti"nin investisiya portfelinin dəyəri - AÇIQLANIB
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Xatırladaq ki, AİŞ sözügedən müəssisədə 20 % paya malik olub. Bununla da, şirkətin tamamladığı investisiya layihələrinin sayı “Holcim-Azerbaijan” ASC, “Azərbaycan Duz İstehsalat Birliyi” QSC, “Ağstafa Aqrar-Sənaye Kompleksi” və “Azərtoxum” MMC-lərlə birlikdə 5-ə çatıb.
Hazırda AİŞ “Diamed Co” və “Səba” ASC-lər, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC, “Azərsun İstehsalat və Logistika Mərkəzi”, “Bakı Gəmiqayırma Zavodu”, “Balacans Agro Food”, “Balkhoorma”, “İnfuzion Məhlulların İstehsalı Zavodu”, “Login International Logistics” MMC-lər olmaqla 9 investisiya layihəsində pay sahibidir.
Xatırladaq ki, AİŞ ölkə prezidentinin 30 mart 2006-cı il tarixli, "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 224 milyon manatdır. Şirkətin əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir. (Report)