2022-ci ilin sonuna İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) investisiya portfelinin dəyəri və qərar verilmiş investisiyaların məbləği 240,3 milyon manat təşkil edib.
"Azərbaycan İnvestisiya Şirkəti" ötən il 5 layihəyə - 10 MİLYON MANAT PUL QOYUB
FED.az xəbər verir ki, bunu naziri Mİkayıl Cabbarov "Twittter"də bildirib.
Onun sözlərinə görə, həmin məbləğin 76 %-i ağır sənayeyə, 13 %-i qida sənayesinə, 3 %-i "yaşıl iqtisadiyyat"a, 8 %-i isə digər sahələrə yönəldilib.
"AİŞ-in fəaliyyətinin səmərəliliyinin artırılması qarşıdakı hədəflərimizdən biridir. Ötən il şirkətin əməliyyat xərcləri optimallaşdırılıb, əsas investisiya alt-portfeli və likvidlik alt-portfeli üzrə gəlirlilik göstəriciləri artıb", - deyə nazir qeyd edib.