Almaniyadan Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların həcmi yarıbayarı azalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Cari ildə bu ölkədən 23 milyon 278 min dollar investisiya yatırılıb ki, bu da ötən ilə nisbətən 2,0 dəfə və ya 23 milyon 359 min dollar azdır.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Almaniyadan 46 milyon 636 min dollar investisiya daxil olmuşdu.











