Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların həcmində geriləmə müşahidə olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Cari ildə BƏƏ-dən 257 milyon 723 min dollar sərmayə yatırılıb ki, bu da illik müqayisədə 28% və ya 98 milyon 584 min dollar azalma deməkdir.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu rəqəm 356 milyon 307 min dollar təşkil edirdi.











