Azərbaycanda fəaliyyət göstərən 8 investisiya 2019-cu ili 2,484 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 55,87 milyon manat məbləğində aktivlərin 4,4%-i qədərdir.
Eləcə də bax: Azərbaycanda 3 investisiya şirkətinin nizamnamə kapitalı - 1 Milyon Manatdan Çoxdur
FED.az xəbər verir ki, ayrı-ayrı investisiya şirkətlərində isə sözügedən nisbət fərqlidir. Belə ki, ötən ildən mənfəətlə çıxmış 6 investisiya şirkəti arasında aktivlərindən ən yaxşı istifadə edəni "Azfinance" olub. Onun əldə etdiyi xalis mənfəət aktivlərinin 11,3%-ni təşkil edib. Baxmayaraq ki, "Azfinance" aktivlərinin məbləğinə görə, ölkədə 5-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Xalq Kapital" tutub. Bu investisiya şirkəti 2019-cu ildə aktivlərinin 11,1%-i qədər xalis mənfəət əldə edib. Halbuki, "Xalq Kapital" aktivlərinin məbləğinə görə, 8 investisiya şirkəti arasında 7-ci yerdə qərarlaşıb.
3-cü yerə isə "PAŞA Kapital" sahib çıxıb. Bu investisiya şirkətinin ötənilki xalis mənfəəti aktivlərinin 7%-i qədər olub. Bu arada, "PAŞA Kapital" aktivlərinin məbləğinə görə, investisiya şirkətləri arasında 2-ci yerdədir.
№ |
İnvestisiya şirkətinin adı |
Şirkətin ötənilki xalis mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 |
Azfinance |
11,3% |
2 |
Xalq Kapital |
11,1% |
3 |
PAŞA Kapital |
7,0% |
4 |
Unicapital |
6,7% |
5 |
İnvest-AZ |
4,7% |
6 |
PSG Kapital |
2,2% |
7 |
BTB Kapital |
-0,4% |
8 |
Plato Capital and Co. |
-26,0% |
|
Orta hesabla |
4,4% |
(Renkinq)