«ABB İnvest İnvestisiya Şirkəti»nin dövriyyəsi 49%-dək artıb.
FED.az xəbər verir ki, 2022-ci ilin yanvar-avqust aylarında şirkətin birja dövriyyəsi 2 milyard 832 milyon 686,1 min manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 48,8% artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 205,8 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 579,6 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 182,3 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 235 milyon manat, səhmləri isə 5 min 500 manat olub.
Cari ildə il «ABB İnvest İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 2,7 dəfə azalıb, dövlət istiqrazları üzrə əməliyyatları 3,7 dəfə, repo əməliyyatları isə 2 dəfə artıb, korporativ istiqrazlar üzrə əməliyyatlar 25,8%, səhm əməliyyatları 17,9 dəfə azalıb.
Bu il «ABB İnvest İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 30,8% artaraq 704-dən 921-ə yüksəlib.