«ABB İnvest İnvestisiya Şirkəti»nin dövriyyəsi 3 dəfə artıb.
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr aylarında şirkətin birja dövriyyəsi 6 milyard 480 milyon 575,1 min manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 3 dəfə artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 221,1 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 1 milyard 108,1 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 294,5 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 4 milyard 884,8 milyon manat, səhmləri isə 15 min 440 manat olub.
Cari ildə il «ABB İnvest İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 65,8% azalıb, dövlət istiqrazları üzrə əməliyyatları 6,1 dəfə, repo əməliyyatları isə 5,1 dəfə artıb, korporativ istiqrazlar üzrə əməliyyatlar 25,8%, səhm əməliyyatları 6,9 dəfə azalıb.
Bu il «ABB İnvest İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 78,5% artaraq 790-dan 1 410-a yüksəlib.