2020-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $4 milyard 527,7 milyon təşkil edib.
Eləcə də bax: Azərbaycan ötən il xaricə 825 mln. dollardan çox - İnvestisiya Yatırıb
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $4 milyard 275,2 milyon təşkil edib. Beləliklə, 2020-ci ildə birbaşa xarici investisiyaların həcmi 5,9% artıb.
I rübdə ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1,2 milyard, II rübdə $0,9 milyard, üçüncü - $1,3 milyard, dördüncü rübdə - $1,1 milyard təşkil edib.
2020-ci ildə birbaşa xarici investisiyaların 86,6%-i (2019-cu il ərzində 78,3%-i) neft-qaz sektorunun payına düşüb.
2020-ci il ərzində qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $605,6 milyon (azalma 34,9%), xüsusi çəkisi 13,4% təşkil edib.
AMB-nin məlumatına görə, 2020-ci ildə Azərbaycan şirkətləri xaricdə $825,3 milyon (azalma 2,9 dəfə), o cümlədən neft-qaz sektoruna $253,7 milyon (azalma 3,8 dəfə), digər sektorlara $571,6 milyon (azalma 2,5 dəfə) məbləğində birbaşa investisiya yatırıb.
2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 4,9% artaraq $4,3 milyard təşkil edib. (İnterfaks)