Məşhur “Padişah” restoranının bağlanmasının səbəbi məlum olub. Obyektin ikinci mərtəbəsi qanunsuz tikilibmiş.
FED.az biznes və maliyyə xəbərləri portalı "Musavat.com"a istinadən xəbər verir ki, “Elmlər Akademiyası” metrostansiyasının çıxışında yerləşən restoranın ikinci mərtəbəsi qanunsuz olaraq inşa edilibmiş. Buna görə də Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən restoranın fəaliyyəti dayandırılıb.
Sahibkar: «Dövlət qurumları da, sakinlər də mane olurdu – BİZNESİMİ BAĞLAYIRAM» - MÜSAHİBƏ-1
Sahibkar: «Dövlət qurumları da, sakinlər də mane olurdu – BİZNESİMİ BAĞLAYIRAM» - MÜSAHİBƏ-2 (POLİSLƏR VƏ TORQOVI SAKİNLƏRİ)
Sahibkar: «Dövlət qurumları da, sakinlər də mane olurdu – BİZNESİMİ BAĞLAYIRAM» - MÜSAHİBƏ-3 (EKOLOGİYA NAZİRLİYİ VƏ VERGİ)
Sahibkar: «Dövlət qurumları da, sakinlər də mane olurdu – BİZNESİMİ BAĞLAYIRAM» - MÜSAHİBƏ-4
Açılan cinayət işi üzrə müəyyən edilib ki, restoran bir mərtəbəli olan zaman qanunsuz olaraq dəmir konstruksiya ilə ikinci mərtəbə inşa edilib. Bu zaman FHN-dən müvafiq icazə alınmayıb.
FHN yoxlama zamanı belə qənaətə gəlib ki, aparılan yenidənqurma işləri bina tikinti norma və qaydalarının tələblərinə cavab vermədiyi üçün həmin binada işləyən, hər hansı əsaslarla xidmət göstərən və müştəri kimi gələn insanların həyat və sağlamlığı üçün real təhlükə yaradırmış.
Açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində obyektin sahibi 57 yaşlı Yusif adlı şəxs dindirilən zaman deyib ki, əlavə mərtəbənin tikintisi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi ilə razılaşdırılıbmış. Lakin FHN-dən icazə alınmayıb.
«Xəngəland»ın sahibkarı: «Bizdə heç bir problem yoxdur, 2 gündür FHN generalının icazəsini gözləyirik»
FHN daha bir restoranı bağladı - LAYİHƏSİ YANĞIN XİDMƏTİ İLƏ RAZILAŞDIRLMAYIB - VİDEO
FHN daha bir şirkətin fəaliyyətini dayandırdı- VİDEO
Obyektin sahibi Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilib. O, qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin icazə almadan özbaşına mövcud tikilinin konstruksiyasında dəyişiklik etməklə apardığı yenidənqurma işləri insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdığı üçün məhkəmənin hökmü ilə cəzalandırılıb. Məhkəmə onun barəsində aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.