Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Şirvan Yaşayış Kompleksi üzrə 216 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 8 dekabr 11:00-da başa çatacaq.
Lənkəranda ucuz mənzillər satışa çıxarıldı – AYLIQ 266 MANATDAN - ŞƏRTLƏR
FED.az xəbər verir ki, bunu qurumun mətbuat katibi Diana Dadaşova bildirib.
Onun sözlərinə görə, ənzillər həm ipoteka krediti, həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə təklif olunur.
D.Dadaşova qeyd edib ki, satışa çıxarılan mənzillərdə işıq, qaz, su və digər zəruri kommunal təminatlar tam mövcuddur və yaşayış üçün hazır vəziyyətə gətirilib.
Onun sözlərinə görə, Şirvan Yaşayış Kompleksi üzrə mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:
2 otaqlı mənzil – 61 815 manat
3 otaqlı mənzil – 73 785 manat
4 otaqlı mənzil – 93 765 manat
D. Dadaşova əlavə edib ki, satış prosesi tam elektron qaydada və şəffaf mexanizm əsasında həyata keçiriləcək.
Şirvan Yaşayış Kompleksində ümumilikdə 1 264 mənzil mövcuddur. (Report)









