İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin qiyməti ilə bağlı yayılan məlumata münasibət bildirib.
Fonddan FED.az-a bildirilib ki, maarifləndirmə materiallarında (yəni istifadəçilərin kirayə sistemindən istifadə etməsi üçün yayılan təlimatda) göstərilən mənzil qiymətləri əslində şərti qiymətlərdir və onlar reallıqda olandan fərqlənir. Mənzillərin dəqiq qiymətləri isə yaxın günlərdə fond tərəfindən açıqlanacaq.
Eləcə də bax: Fond kirayə üçün 208 mənzili - 1 ŞİRKƏTDƏN ALIB - BİNALARIN FOTOLARI