Xəbər verildiyi kimi, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq.
Eləcə də bax: Kirayə evlərin - QİYMƏTİ DƏ AÇIQLANDI - YERLƏR - MƏBLƏĞLƏR - FED.AZ
İlkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlar açıqlanıb. Bu məqsədlə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 331 mənzil alınıb.
Mənzillərin;
- 208-i Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 13, 13A, 13B, 15,
- 40-ı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 48, 60, 48A, 50A, 52A, 56A, 56B, 56C, 60A, 60B, 60C,
-58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-i məhəllə 15,
-25-i Sumqayıt şəhəri, Sülh küçəsi 20, 20A ünvanlarında yerləşir.
Araşdırmaya görə, Nizami rayonunda Mehdi Abbasov küçəsi 13, 13A, 13B, 15 ünvanlarında (7 saylı doğum evi, 12 və 32 saylı məktəblərinin yaxınlığı) alınmış mənzillər bir yaşayış kompleksində yerləşir. Bu ünvanlarda “4 Great” yaşayış kompleksi yerləşir. Kompleks 4 blokdan və 16 mərtəbədən ibarətdir. Məlumata görə, bu kompleks “Körpü-Bina-Tikinti” şirkəti tərəfindən tikilib.
@Marja