Bu ilin yanvar-may aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 302,8 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,3% artıb.
Tikinti materialları, bütün məişət əşyaları, avtomobil hissələri, qızıl-gümüş bahalaşıb – SİYAHI
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 2,1 dəfə, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 86,9%, tikinti gipsinin istehsalı 43,1%, hörmə üçün hazır beton qarışığının istehsalı 42,3%, tikinti əhənginin istehsalı 36,1%, sementin istehsalı 11,4%, tikinti kərpicinin istehsalı 7,6% artıb, asfaltın istehsalı isə 78,5% azalıb.(APA)
Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:
Mәhsul növlәri |
2021-ci ilin yanvar-may aylarında istehsal edilib |
Әvvәlki ilə nisbәtәn, faizlә |
Sement, min ton |
1 393,5 |
111,4 |
Tikinti gipsi, min ton |
9,3 |
143,1 |
ondan әmtәәlik |
9,3 |
143,1 |
Tikinti әhәngi, min ton |
14,7 |
136,1 |
Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton |
28,4 |
2,1 d. |
Betondan yığma tikinti konstruksiyaları, min kub metr |
12,5 |
74,4 |
Asfalt, min ton |
12,6 |
21,5 |
Tikinti kәrpici, min kubmetr |
205,6 |
107,6 |
Hörmә üçün hazır beton qarışığı, min ton |
972,7 |
142,3 |
Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton |
14 121,7 |
186,9 |