Bu ilin aprel ayında ən çox bahalaşan və ucuzlaşan qeyri-ərzaq malları açıqlanıb.
Ən çox bahalaşan ərzaq məhsulları – SİYAHI
FED.az Dövlət Statistika Komitəsinə istinədən xəbər verir ki, 2021-ci ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 103,9 faiz təşkil etmişdir.
FED.az qiymətləri ən çox dəyişən qeyri-ərzaq mallarının siyahısını təqdim edir:
Ən çox bahalaşanlar
Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma
pambıq parçaların,
boyaların,
divar kağızlarının,
polietilen su və kanalizasiya borularının,
kəsilmiş taxtaların,
sementin,
soyuducuların,
paltaryuyan maşınların,
kondisionerlərin,
televizorların,
minik avtomobilləri üçün ehtiyat hissələrinin,
zərgərlik məmulatlarının,
qiymətlərində müşahidə olunmuşdur.
Bu dövrdə ucuzlaşma isə əsasən
mobil telefonların
və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.