Bu il yanvarın 1-nə qədər Azərbaycanın 22 şəhər və rayonunda İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə kredit verilməyib.
Bakıda ən çox ipoteka krediti verilən - RAYONLAR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bunlar Naxçıvandakı Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Culfa, Ordubad rayonları, işğaldan azad edilmiş Zəngilan, Qubadlı, Cəbrayıl, Xocavənd, Füzuli, Xocalı, Laçın, Kəlbəcər, Ağdərə və Şuşa rayonları, Xankəndi şəhəri, eləcə də Saatlı, Hacıqabul, Xızı, Ağsu rayonlarıdır.











